Xalq artistinin oğlu ağır vəziyyətdədi

Xalq artistinin oğlu ağır vəziyyətdədi
21 dekabr 2021
# 18:15

Xalq artisti Eldəniz Zeynalovun oğlu Məmməd Zeynalovun beynində şiş aşkarlanıb.

Kulis.az xəbər verir ki, televiziya kanallarının birində çəkiliş zamanı mərhum Xalq artistinin oğlu sualları cavablandıra bilməyib.

"Onkoloji xəstəxanaya gedəcəkdik. Hələ vaxt var idi deyə, qab yuyurdum. O da səhər yeməyi yeyirdi. Bir də gördüm səs gəldi, yıxıldı. Güclə qaldırıb xəstəxanaya apardıq. O zaman beynindəki şiş təsdiqləndi. Vəziyyəti çox ağırdır" - deyə, onun həyat yoldaşı bildirib.

Xatırladaq ki, Məmməd Zeynalov uzun müddətdir ağ ciyər xərçəngindən əziyyət çəkirdi.

# 2274 dəfə oxunub

Müəllifin son yazıları

# # #