Vaqif Poeziya Günlərinin vaxtı açıqlandı

Vaqif Poeziya Günlərinin vaxtı açıqlandı
25 iyun 2025
# 17:40

Vaqif Poeziya Günlərinin açılışı 14 iyulda Qazaxda keçiriləcək.


Kulis.az APA-ya istinadən xəbər verir ki, Yazıçılar Birliyinin katibi İlqar Fəhminin açıqlamasına görə, Molla Pənah Vaqif marşrutu üzrə açılışdan sonra tədbirlər 15-i Gəncədə, 16-sı Ağdamda, 17-si və 18-i isə Şuşa şəhərində keçiriləcək. Bağlanış mərasimi Şuşada baş tutacaq.

Vaqif Poeziya Günləri çərçivəsində Bəxtiyar Vahabzadənin yubileyi ilə bağlı tədbir də keçiriləcək.


Qeyd edək ki, Mədəniyyət Nazirliyi faktı təsdiqləyib.

# 383 dəfə oxunub

Müəllifin son yazıları

# # #