“Ümid nəğməsi” növbəti dəfə səhnədə

“Ümid nəğməsi”  növbəti dəfə səhnədə
6 iyun 2024
# 13:30

İyunun 14-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində gənc dramaturq Pərviz Seyidlinin pyesi əsasında hazırlanan “Ümid nəğməsi” adlı tamaşası yenidən nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, tamaşasının quruluşçu rejissoru Əməkdar artist Nicat Mir Kazımov, quruluşçu rəssam Nisə Həsənova, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Psixoloji dram janrında hazırlanan səhnə əsərində rolları Sevinc Əziz, Sənan Kazımov, Nurlan Süleymanlı, Hüseyn Bayramov və Səbinə Məmmədzadə canlandırır.

Autizm xəstəsi olan oğlanın ailəsi ilə yaranan mürəkkəb münasibətlərinin fonunda bəşəri duyğularla həmahəng səslənən tamaşada insanların bir-birinə dəstək olmasının vacibliyindən, dar məqamda adi təsəlliedici sözün ümid nəğməsinə çevrilməsindən bəhs edilir.

# 521 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #