Troya sərgisi rekord qırdı – Türkiyə və İtaliya əməkdaşlığı

Troya sərgisi rekord qırdı – Türkiyə və İtaliya əməkdaşlığı
31 avqust 2026
# 13:05

İtaliyanın paytaxtı Romadakı məşhur Kolizeydə açılan "Troya və Roma: Antik Aralıq dənizinin mifləri, əfsanələri və hekayələri" adlı sərgi 2 milyon 66 min 178 ziyarətçi sayı ilə rekord nəticə göstərib.

Kulis.az xəbər verir ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sosial şəbəkə hesabında İtaliya ilə birgə həyata keçirilən bu layihənin böyük maraqla qarşılandığını açıqlayıb.

İyunun 12-də ziyarətçilərə açılan sərgidə Türkiyə muzeylərindən gətirilən 221 eksponatla yanaşı, İtaliya və Vatikan müzeylərinə aid ümumilikdə 300-dən çox nadir əsər nümayiş olunur.

Sərgi Troya müharibəsindən Homerin "İliada" dastanına, Troyadan qaçaraq İtaliyaya gedən Aneyin səyahətindən Roma imperiyasının əsasını qoyanların Anadolu mənşəli olmasına qədər zəngin tarixi-mifoloji irsi əks etdirir.

İki ölkə arasında mədəni diplomatiyanın vacib göstəricisinə çevrilən bu beynəlxalq sərgi 2026-cı il oktyabrın 18-dək ziyarətçilər üçün açıq olacaq.

# 56 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər