Tramp Vaşinqtonun heykəlinin ucaldılmasını tələb etdi

Tramp Vaşinqtonun heykəlinin ucaldılmasını tələb etdi
14 sentyabr 2026
# 12:20

ABŞ Prezidenti Donald Tramp Smitsonian İnstitutuna müraciət edərək Milli Amerika Tarixi Muzeyinin önündə Corc Vaşinqtonun 9 metr hündürlüyündə heykəlinin ucaldılmasını və ölkənin ilk prezidentinə həsr olunmuş xüsusi sərgini hazırlamağı tələb edib.

Kulis.az xəbər verir ki, Tramp sərgini Vaşinqtonun anadan olmasının 300 illiyi şərəfinə təşkil etməyi və 1967-ci ildən muzeyin qarşısında yerləşən Xose de Riveranın "Infinity" əsərinin yeni heykəllə əvəzlənməsini istəyib.

Qeyd edək ki, Ağ Ev rəhbəri muzeydəki "Bərpaedici Tarix Mərkəzi"nin ləğv edilərək əvəzində "Amerikan Qəhrəmanları Mərkəzi"nin yaradılmasını da təklif edib.

# 73 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər