Merlin Monronun yanında dəfn olunmaq istəyənlərin nəzərinə - Qiymət açıqlandı

Merlin Monronun yanında dəfn olunmaq istəyənlərin nəzərinə - Qiymət açıqlandı
23 avqust 2021
# 14:29

Kino ulduzu Merlin Monronun məzarının yanındakı torpaq sahəsi 2 milyon dollara satılır.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Kaliforniya ştatının Vestvud məzarlığında boş məzar yeri 2 milyon dollara satılır.

Məzarın bu qədər baha olmasına səbəb isə əfsanəvi film ulduzu Merlin Monro ilə Playboy jurnalının qurucusu Hugh Hefnerin məzarları arasında yerləşməsidir.

Məlumata görə satılan ərazi 1997-ci ildə yeri özünə almış mərhum Broadway teatrının bəstəkarı Jerry Hermana məxsusdur. Ancaq bəstəkar 2019 -cu ildə vəfat edəndən sonra qohumları onu Nyu Cersidə anasının məzarının yanında dəfn ediblər.

# 2278 dəfə oxunub

Müəllifin son yazıları

# # #