Tom Kruz bu filmə görə 100 milyon dollar alacaq

Tom Kruz bu filmə görə 100 milyon dollar alacaq
21 iyul 2022
# 16:00

"Top Gun: Meverik" filminin baş rol ifaçısı Tom Kruz kino tarixində ən yüksək qonorar alan aktyorlardan biri olmaq şansına sahibdir.

Kulis.az xarici KİV-ə istinadla xəbər verir ki, aktyorun bu filmdən əldə edəcəyi gəlir 100 milyon dollardan çox olacaq.

“Film üzərində birgə işə gəldikdə, həm insan kimi, həm də yaradıcı şəxs kimi T.Kruz möhtəşəm insandır. Əksər aktyorlar verilən pula dəymirlər, amma Tom Kruz və Dueyn Conson aldıqları qonorara layiqdirlər”, - deyə studiya rəhbəri bildirib.

Qeyd edək ki, ekran əsərini ərsəyə gətirən şirkətlə Hollivud ulduzu T.Kruz arasında imzalanmış müqavilənin şərtlərinə görə, filmin davamlı kassa gəlirlərinin əhəmiyyətli bir hissəsi onun da payına düşür. Onu da vurğulayaq ki, bu yaradıcı işin müqabilində aktyor təkcə kassa gəlirindən deyil, həmçinin sabit qonorar da əldə edəcək. Filmin video yayım platformaları üzərində satışından faizlər də T.Kruzun davamlı gəlirlərinə əlavə olunacaq.

# 2081 dəfə oxunub

Müəllifin son yazıları

# # #