Timberleyk sərxoş vəziyyətdə saxlanıldı

Timberleyk sərxoş vəziyyətdə saxlanıldı
20 iyun 2024
# 09:40

Sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə həbs edilən Castin Timberleykin fotosu yayılıb.

Kulis.az xəbər verir ki, şəkil Nyu-Yorkun Saq-Harbor kurort şəhərindəki polis bölməsi tərəfindən paylaşılıb.

Polis onu saxlayarkən sənətçini tanımayıb. Dayanma nişanının tələbinə əməl etməyən müğənnini polis təqib etməyə başlayıb. Sənətçi qaçmağa çalışsa da, polislər onu dayandırıblar.

Ayıqlıq testindən keçməsi istənilən Castin Timberleyk bundan imtina edib.

Qeyd edək ki, Timberleyk çərşənbə axşamı ittiham olunacaq.

# 492 dəfə oxunub

Müəllifin son yazıları

# # #