“Təmiz planet-sağlam həyat” layihəsi çərçivəsində tədbirlər keçirilir

 “Təmiz planet-sağlam həyat”  layihəsi çərçivəsində tədbirlər keçirilir
5 iyun 2024
# 17:30

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Təmiz planet-sağlam həyat” layihəsi çərçivəsində reallaşan tədbirlər davam edir.

Kulis.az xəbər verir ki, elektron resurslar bazasında “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “525-ci qəzet” kimi internet portallarında yer alan “Təmiz gələcəyə doğru inamlı addımlar”, “Azərbaycan yaşıl dünya uğrunda öncüllərdəndir”, “Azərbaycanın "yaşıl enerji" hədəfləri: dünya ekologiyası üçün yeni fürsətlər”, “Qlobal çağırışlar, etibarlı tərəfdaşlıq” kimi 100-ə yaxın məqalənin tam mətni yer alır.

Həmçinin, silsilə tədbirlər çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili” adlı elektron resurslar bazası və eyniadlı ənənəvi sərgi təşkil edilib.

Sərgidə mövzu ilə əlaqəli kitablar, dövri mətbuat materialları və biblioqrafiq icmal nümayiş olunur. Bazada isə həmin mövzu ilə bağlı internet məkanında dərc edilən materiallar toplanılır.

Materiallarla kitabxananın rəsmi saytından https://ryl.az/activity/yashil_dunya tanış olmaq mümkündür.

# 427 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #