Tarixi Abidələrin Bərpası Məktəbi beynəlxalq müsabiqənin qalibi oldu

Tarixi Abidələrin Bərpası Məktəbi  beynəlxalq müsabiqənin qalibi oldu
29 iyul 2024
# 13:01

“İçərişəhər” Dövlət Tarix-Memarlığı Qoruğu İdarəsinin təşəbbüsü ilə yaradılan Tarixi Abidələrin Bərpası Məktəbi (Mak’TAB) UNESCO-nun himayəsi altında fəaliyyət göstərən Asiya və Sakit Okean Regionu üçün Ümumdünya İrs Təlim və Tədqiqat İnstitutunun təsis etdiyi beynəlxalq müsabiqənin qalibi olub.

Kulis.az xəbər verir ki, “Ümumdünya İrs Təhsilində İnnovativ Nümunələr üçün Qlobal Mükafatlar” müsabiqəsinin “Star of Discovery” kateqoriyası üzrə mükafata layiq görülən Mak’TAB, dünya üzrə 100-dən çox iştirakçı arasından seçilib.

Mükafatın təqdimetmə mərasimi Hindistanda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46-cı sessiyası çərçivəsində təşkil olunan tədbirdə baş tutub. Bununla yanaşı, eyni tədbirdə Tarixi Abidələrin Bərpası Məktəbi ilə bağlı təqdimat keçirilərək, Mak’TAB qonaqlara “Nümunəvi keys” qismində göstərilib.

# 445 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #