Əfsanəvi valslardan ibarət konsert keçiriləcək

Əfsanəvi  valslardan ibarət konsert keçiriləcək
7 yanvar 2026
# 11:50

Yanvarın 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında şam işığında tanınmış, sevilən valslardan ibarət konsert keçiriləcək.

Kulis.az xəbər verir ki, proqramda İ.Ştrauss, P.Çaykovski, D.Şostakoviçin əfsanə valsları ifa olunacaq.

Konsertin təşkilatçısının adı – “Ars Caspia” - latın dilindən tərcümədə “Xəzər incəsənəti” deməkdir. “Ars Caspia” - Azərbaycanın ən yaxşı mədəni layihələrini öz qanadı altında birləşdirən şirkətdir.

“Ars Caspia Ensemble”in tərkibində Azərbaycanın tanınmış musiqiçiləri Renata Abubekirova (I violin), Yuliya Motorina (II violin), Aleksey Miltıx (violonçel), Rəna Rəhimova (viola), Rəvan Əhmədzadə (kortrabas) və Ülviyyə Dadaşova (piano) yer alır.

# 218 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər