Tanınmış rejissor Rusiyanı tərk etdi

Kirill Serebrennikov, rejissor

Kirill Serebrennikov, rejissor

30 mart 2022
# 11:40

Dələduzluğa görə həbs olunan tanınmış rejissor Kirill Serebrennikov hökm ləğv edildikdən sonra Rusiyanı tərk edib.

Kulis.az "Nastoyaşaya vremya"ya istinadən xəbər verir ki, rejissor hazırda Fransadadır. Bu barədə kino tənqidçisi Coel Çapron feysbuk hesabında yazıb:

"Bu dəhşətli zamanda yaxşı xəbər var. Kirill Serebrennikov Rusiyanı tərk edib. Budur, martın 29-da Bastiliya meydanında çəkdiyim şəkil. Onun köynəyində "Televizoru söndürürəm!", başında isə "Mədəniyyəti yandırıram!". O, bir neçə filmi yekunlaşdıracaq, çəkilişləri tamamlayacaq, montaj işləri aparacaq, dərslər keçəcək... Kirill, hər zaman aktiv olduğun üçün təşəkkür edirəm" - deyə, Coel onun fotosunu yayımlayıb.

Qeyd edək ki, Kirill 2011-2014 sözügedən studiyaya ayrılan büdcə pullarının mənimsənilməsində təqsirli bilinən rəhbərlərlə birgə həbs olunub.

Son zamanlar bir çox məşhur rusiyalı sənət adamları Ukraynaya dəstək olduqlarını ifadə etmək üçün ölkəni tərk edir.

# 1264 dəfə oxunub

Müəllifin son yazıları

# # #