Amerikalı tanınmış model, aktrisa Sindi Krouford və iş adamı Rande Gerberin oğlu Presli Gerber 27 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, məlumat ailə nümayəndəsi Alli Cenkins tərəfindən təsdiqlənib.
Los-Anceles Dairəsi Məhkəmə Tibbi Ekspertizasının rəsmi qeydlərinə əsasən, Gerberin reabilitasiya mərkəzində dünyasını dəyişdiyi məlum olub.
Ailə nümayəndəsi bu çətin və ağrılı dövrdə mətbuatdan və ictimaiyyətdən məhrəmiyyətə hörmətlə yanaşılmasını xahiş edib.
Tanınmış aktrisanın oğlu vəfat etdi