“Ədəbiyyat qəzeti”nin yeni saytı təqdim olunacaq

“Ədəbiyyat qəzeti”nin yeni saytı təqdim olunacaq
25 may 2017
# 17:10

“Ədəbiyyat qəzeti”nin saytı təqdim olunacaq. Kulis.azın məlumatına görə tədbir mayın 26-da saat 12-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçiriləcək.

Tədbirdə “Ədəbiyyat qəzeti” yayınları” seriyasından nəşr olunmuş ilk kitabın – həyatdan vaxtsız köçmüş şair Faiq İsmayılovun “İynəboyu böyük dünya” kitabının da təqdimatı keçiriləcək.

Bundan başqa “Ədəbiyyat qəzeti”nin AYB ilə birgə təsis etdiyi “Əli bəy Hüseynzadə” mükafatı da laureatlara təqdim olunacaq.

# 980 dəfə oxunub

Müəllifin son yazıları

# # #