25-26 sentyabr tarixlərində Qətər Dövlətinin Doha şəhərində İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı işə başlayıb.
Kulis.az xəbər verir ki, Nazirlikdən APA-ya verilən xəbərə görə, mədəniyyət naziri Adil Kərimlinin rəhbərliyi ilə nümayəndə heyəti tədbirdə iştirak etmək məqsədilə sentyabrın 25-də Doha şəhərinə səfər edib.
Adil Kərimli “İslam dünyasında mədəni fəaliyyətin yenilənməsinə doğru” mövzusuna həsr olunmuş 12-ci Konfransın açılış mərasimində iştirak edib.
Builki tədbirdə mədəniyyət siyasəti üzrə əsas prinsiplər və davamlı inkişaf göstəriciləri, “İslam dünyasının mədəniyyət paytaxı” proqramının inkişaf etdirilməsi mexanizmləri, mədəni sərvətlərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahələrində birgə mədəni fəaliyyətin genişləndirilməsi kimi məsələlər müzakirə ediləcək.
Konfransda həmçinin Azərbaycanın söz-sənət beşiklərindən Şuşa şəhərini 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı ölkəmizin təqdim etdiyi nominasiya sənədinə baxılması, Şuşa ilə bağlı çıxış və təqdimat nəzərdə tutulur.