Sevil Festivalı çərçivəsində "Hələlik, Tiberiya" filmi nümayiş edildi

Sevil Festivalı çərçivəsində "Hələlik, Tiberiya" filmi nümayiş edildi
11 iyul 2024
# 18:36

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı çərçivəsində Fələstin, Fransa, Belçika, Qətər istehsalı Lina Sualemin "Hələlik, Tiberiya" filmi nümayiş edilib.

Kulis.az xəbər verir ki, film Hiyam Abbasın aktrisa olmaq arzusunun arxasınca gedərək kəndini, anasını, nənəsini və yeddi bacısını tərk etməsini poetik və sənədli bir dillə ələ alır.

Otuz il sonra onun kinorejissor qızı Lina dörd nəsil cəsarətli Fələstin qadınlarının səpələnmiş xatirələri arasında itmiş yerləri gəzmək üçün anası ilə birlikdə kəndə qayıdır. “Hələlik, Tiberiya” filmi dünya kinofestivallarından onlarla mükafat alıb və 2024-cü il üzrə Fələstin tərəfindən “Oskar” mükafatına təqdim edilib.

Nümayişdən sonra festivalın qonağı olan filmin ssenaristi Nadin Naosla "Hələlik, Tiberiya" filmi və "Fələstin kinosu" üzərinə müzakirə baş tutub.

İzləyicilərlə ssenarist və rejissor Nadin Naos arasında filmin hekayəsi, texniki detalları, ssenari strukturu, qəhrəmanları və çəkiliş prosesi barədə söhbət edib. Həmçinin, Nadin müasir Fələstin filminin ümumi mənzərəsi və spesifik detallarından bəhs edib.

Qeyd edək ki, Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının V mövsümü 5-12 iyul tarixlərində eyni anda Bakı, Şəki, Lənkəran və Şabran şəhərlərində keçirilir.

Festival boyunca bir-birindən maraqlı sənədli film nümayişləri, xarici qonaq mütəxəssislərin icra edəcəyi müxtəlif növ masterklaslar yer alır.

# 671 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #