Bu gün ingilis yazıçı Emili Brontenin doğum günüdür.
Kulis.az onun "Tufanlı yoxuşlar" əsərindən müəyyən hissələri Lamiyə Göyçəyevanın tərcüməsində təqdim edir.
Qıcanmış dişlər arasından “Buyurun” elə deyildi ki, “Cəhənnəm olun” kimi səsləndi.
***
Əzab çəkməyi öyrəndiyim vaxtdan indiyə kimi bu gecə ilə müqayisə edilə biləcək daha birini xatırlaya bilmədim.
***
Qəribədir, insanlar bu dünyada bir kəsləri olmadığı halda necə xəsis ola bilirlər?
***
Öz utancverici hərəkətinə görə xəcalət çəkir? Bu yenilikdir!
***
Mən onun ayağı altdakı torpağı sevirəm, başı üzərindəki havanı, toxunduğu hər şeyi, dediyi hər sözü. Hər baxışını sevirəm, hər hərəkətini və bütövlüklə onun özünü...
***
Əgər bütün bu mənasızlıqda zərrə qədər məna varsa...
***
Müqavimət və soyuqluq görməyən kəs qəddar və qıcıqlandırıcı biri ola bilərmi?
***
Sevinc o qədər böyükdür ki... Qorxuram ki,o birdən həqiqət olmaya!
***
Artıq mülayimlik hərdən ziyan vura bilər.
***
Sən heç lazım olmayanda gəlib əl altına düşən, ehtiyac olanda isə heç cür tapılmayan əşyalar kimisən...
***
Yaşatdığın bütün əzablara görə səni bağışlayıram! Öz qatilimi sevirəm... amma səninkini... Onu necə sevə bilərəm?
***
Sevgidə nə qədər eqoistlik var imiş...
***
Nə özünə, nə ətrafdakılara rəhm etməyənlərə hərdən bizim yazığımız gəlir.
***
Bəd xəbər gözləmək yaxşı əlamət deyil.
***
Belə ki, onların hər ikisinin qüvvələri bir məqsədə yönəlmişdir – çünki biri sevir və sevdiyinə hörmət etməyi arzulayır, digəri isə sevir və diləyirdi ki, ona hörmət etsinlər – nəticədə, istədiklərinə müvəffəq oldular.
***
Sadəcə xaraba qoyduqlarımdan həzz alma qabiliyyətimi itirmişəm. Boş-boşuna dağıtmaq üçün isə çox tənbələm.
**
Nəfəs almalı olduğumu yadıma salmağa məcbur idim. Az qala ürəyimə döyünməyi xatırladacağım kimi!
***
Mən çox xoşbəxtəm; amma yenə də kifayət qədər xoşbəxt deyiləm.