Şeron Stoun: "Hollivud insult keçirdiyim üçün məndən üz çevirib"

Şeron Stoun:  "Hollivud insult keçirdiyim üçün məndən üz çevirib"
5 iyun 2023
# 17:33

“Basic Instinct” filmi ilə yadda qalan məşhur aktrisa Şeron Stoun 20 ildən çox əvvəl insult keçirdikdən sonra Hollivud tərəfindən diqqətdən kənarda qaldığını bildirib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, ‘The Hollywood Reporter’ə danışan Stoun, "Yeddi ildir ki, yaxşıyam, amma o vaxtdan bəri heç bir işim yoxdur" deyib.

"Bir şeylər yolunda getmədi və mən 20 il səhnədən ayrı düşdüm. Hazırda iş tapmıram. Halbuki, Həyatımın bir dönəmində nəhəng kino ulduzu idim”.

Qeyd edək ki, 65 yaşlı amerikalı aktyor 2001-ci ildə doqquz gün davam edən beyin qanamasından sonra xəstəxanaya yerləşdirilmişdi.

Sağlamlıq vəziyyəti onu iki il böyük ekrandan uzaq durmağa məcbur edib.

Sharon Stone: Felç geçirdim diye Hollywood 20 yıldır bana sırt çeviriyor - 2

# 1191 dəfə oxunub

Müəllifin son yazıları

# # #