Serdar Ortaç və Mehmet Ali Erbil saxlanıldı - Səbəb

Serdar Ortaç və Mehmet Ali Erbil saxlanıldı - Səbəb
11 noyabr 2024
# 13:54

Müğənni Serdar Ortaç və aparıcı Mehmet Ali Erbil polis tərəfindən saxlanılıb.

Kulis.az xəbər verir ki, İstanbul Respublika Prokurorluğunun qanunsuz mərc oynamağa təşviq etdiyi iddiası ilə bağlı apardığı istintaq çərçivəsində müğənni Serdar Ortaç və aparıcı Mehmet Ali Erbilin də olduğu 20 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib. Şübhəlilər arasında keçmiş futbolçu Batuhan Karadeniz ilə yanaşı, bir çox sosial mediada təsirli şəxslərin də olduğu müəyyən edilib.

Saxlanılanlar arasında sosial media fenomenləri İbrahim Yılmaz, Muzaffer Zorbey Erkoçlar, Sefa Caner Sarıçam və Rusiya və Türkiyə vətəndaşı Aleksander Mensikof da var. Polisin digər şübhəlilərin tutulması istiqamətində tədbirləri davam edir.

# 779 dəfə oxunub

Müəllifin son yazıları

# # #