Şəhriyar Del Geraninin tələbələrlə görüşü keçirilib - FOTO

Şəhriyar del Gerani, şair

Şəhriyar del Gerani, şair

11 mart 2025
# 18:41

Azərbaycan Universitetinin "Ulduz" jurnalında təcrübə keçən tələbələri ilə şair Şəhriyar Del Geraninin görüşü keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilmiş görüşdə "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs və jurnalın şöbə redaktoru Taleh Mansur da iştirak edib.

Görüş zamanı ədəbi proses və yaradıcılıq bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb, geniş fikir mübadiləsi aparılıb. Şəhriyar Del Gerani şeirlərini səsləndirib, tələbələrə imzalı kitablarını hədiyyə edib.

Qeyd edək ki, "Ulduz" jurnalının təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər çəçivəsində bundan əvvəl şair Qəşəm Nəcəfzadə, İntiqam Yaşar, Ayşən Rəhimli və Taleh Mansurla da görüş keçirilib.

# 460 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #