İçərişəhərdəki V Milli Kitab Sərgisi çərçivəsində yazıçı, şair Şəhriyar del Gerani ilə imza günü və görüş keçiriləcək.
Kulis.az xəbər verir ki, görüşdə yazıçı esselər, hekayətlər və publisistik məqalələrinin yer aldığı "Atamın həyat yoldaşı" və "Darıxmağın adı" şeirlər kitabını oxucular üçün imzalayacaq.
Yazıçının sözlərinə görə, "Atamın həyat yoldaşı" "Bir gün bir kitab oxudum, həyatım dəyişdi" həqiqətinə inanan adamlar üçündür: "7-dən 70-ə hamının oxuyub sevəcəyi bu kitabda həyatın bütün sahələrinə dair esselər, hekayətlər və publisistik məqalələr toplanıb. Oxu prosesində insanların həyata baxış bucağını, şüuraltlarını dəyişə biləcək gücdə kitabdır".
"Darıxmağın adı" şeirlər kitabı isə yenilənmiş ikinci nəşrdir: "Kitabda oxucuların əvvəlki nəşrdən sevərək oxuduğu, əzbər bildiyi özümdən məşhur şeirlərlə yanaşı, sonraki dövrdə yazılan, ilk dəfə oxuyacağınız yeni şeirlər də var".
Qeyd edək ki, imza saatı 4 iyun saat 15:00-da Milli Kitab Sərgisində təşkil olunacaq.
Şəhriyar del Geraninin imza günü keçiriləcək
3 iyun 2023
13:30
1504 dəfə oxunub