“SəhnəmİZ” layihəsini başa vuran gənclər təltif edildi

“SəhnəmİZ” layihəsini başa vuran gənclər təltif edildi
26 mart 2022
# 14:49

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lerik nümayəndəliyi tərəfindən səhnəyə, tamaşaya marağı olan gənclər üçün həyata keçirilən “SəhnəmİZ” layihəsini uğurla başa vuran gənclər təltif edilib.

Kulis.az xəbər verir ki ki, layihənin keçirildiyi müddət ərzində gənclərə səhnə mədəniyyəti, ssenari yazılması, obraz və onun yaradılması və oxşar fəaliyyətlərlə bağlı məlumatlar verilib. Müxtəlif məzmunlu pyeslər səhnələşdirilib.

Həmçinin gənclərin şəxsi inkişafına dəstək üçün GİKM-in Lerik nümayəndəliyində yeni bir təlimə də start verilib. “Şəxsi İnkişaf Təlimləri” çərçivəsində “Əsas Həyat Bacarıqları” təlimlərində müxtəlif mövzularda gənclərə təlim və seminarlar keçirlir.

# 1372 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #