#

Samirə Əşrəflə görüş keçiriləcək

Samirə Əşrəf, yazıçı

Samirə Əşrəf, yazıçı

7 oktyabr 2022
# 13:40

8 oktyabr saat 15:00-da yazıçı Samirə Əşrəflə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyuq” teatr studiyasının yetirmələri ilə görüşü keçiriləcək.

Kulis.az xəbər verir ki, görüşdə “Qarabağ müharibəsi və vətənpərvərlik” mövsuzunda söhbət aparılacaq. Həmçinin yazıçının bu il çapdan çıxan “Mənim üçün qızılgül” kitabının imza günü olacaq.

Qeyd edək ki, görüş müzakirə şəklində keçiriləcək.

# 1503 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #