Xuliqanlıqda təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayev vaxtından əvvəl azadlığa buraxılıb.
Kulis.az xəbər verir ki, Xəzər Rayon Məhkəməsi məhkumun müraciəti əsasında belə qərar qəbul edib.
R. Rzayev cəzasının çəkilməmiş 4 ayından şərti olaraq azad edilib.
- Ordubadda qədim şəhər qalıqları - "Xaraba Gilan" adlandırılan bu şəhər necə dağıldı?
- “Şuşa söhbətləri” layihəsinin təqdimatı keçirildi
- Kino Agentliyinin saytı təsis edildi
Hakim İlham Cəfərzadə qərar qəbul edərkən məhkumun cəzasının yarısından çoxunu çəkdiyini, cəzaçəkmə müəssisəsinin müsbət rəyini və digər halları nəzərə alıb.
Qeyd edək ki, Rza Rzayev “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb. O, Süleyman Rüstəm adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Tural Mirzəliyevə xəsarət yetirdiyinə görə məhkum edilmişdi. \Qafqazinfo