Rusiyanın Əməkdar artisti vəfat etdi

Rusiyanın Əməkdar artisti vəfat etdi
23 may 2023
# 13:00

Rusiyanın Əməkdar artisti Aleksandr Zaitsev 64 yaşında vəfat edib

Kulis.az xəbər verir ki, bu barədə Ryazan Dram Teatrının mətbuat xidmətindən məlumat verilib.

Zaitsevin ölümünə səbəb ağır xəstəlik olub.

Ardıcıl bir neçə il Zaitsev Teatr Xadimləri İttifaqının Ryazan bölməsinin idarə heyətinə seçilib və onun sədri olub. Aktyor Rusiyanın Əməkdar artisti adını alıb. Teatrdan əlavə, Zaitsev "Poçttal", "Sirli sabahın taleyi", "Hüquq müəllimi" kimi bir neçə film layihəsində də rol alıb.

# 1001 dəfə oxunub

Müəllifin son yazıları

# # #