Məşhur aktyorun çeynədiyi saqqız 40 300 dollara satılır

Məşhur aktyorun çeynədiyi saqqız 40 300 dollara satılır
30 mart 2023
# 13:00

Amerikalı aktyor Robert Dauninin çeynədiyi saqqız onlayn hərraca çıxarılıb.

Kulis.az xəbər verir ki, bu barədə New York Post (NYP) məlumat yayıb .

Satıcının sözlərinə görə, saqqızı təxminən bir ay əvvəl aktyor Los-Ancelesdəki Şöhrət Xiyabanında həmkarı aktyor və kinorejissor Con Favrona zarafatla yapışdırıb. Həmin an saqqız yerə düşüb və satıcı onu götürüb.

"Mən onu tapdığım vəziyyətdə satıram, onun DNT-si üçün test edə bilərsiniz", - deyə satıcı iddia edib.

Qeyd edək ki, saqqızın başlanğıc qiyməti 40 300 dollardır. Məhsul müştəriyə plastik qabda göndəriləcək və onu aldıqdan sonra geri qaytarmaq mümkün olmayacaq. Hərrac 31 avqusta qədər davam edəcək.

Пожеванную жвачку Роберта Дауни-младшего продают за 40 тысяч долларов ᐈ  zakon.kz

Жвачка Роберта Дауни-младшего с Аллеи славы выставлена на продажу за $55  тысяч

# 1274 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #