“Qremmi” mükafatlı müğənni aviaqəzada həlak oldu

“Qremmi” mükafatlı  müğənni aviaqəzada  həlak oldu
20 sentyabr 2025
# 12:40

ABŞ-nin tanınmış müğənnisi Brett Ceyms Şimali Karolinada baş verən təyyarə qəzası nəticəsində həlak olub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 57 yaşlı sənətçi özünə məxsus "Cirrus SR22T" tipli kiçik təyyarə ilə Neşvill şəhərindən havaya qalxıb və Franklin bölgəsində qəzaya uğrayıb.

Məlumata görə, təyyarədə Brettlə yanaşı daha iki nəfər olub və hadisə nəticəsində onlar da həyatını itirib.

Qeyd edək ki, ifaçı “Qremmi” mükafatı laureatı olub.

# 132 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər