Qəzza haqqındakı film Venesiyada alqış rekordu qırdı

Qəzza haqqındakı film Venesiyada alqış rekordu qırdı
11 sentyabr 2026
# 16:00

"No Other Land" (“Başqa heç bir torpaq”) filminin rejissorları Yuval Abraham və Raşel Szorun yeni "NAZA" sənədli filmi Venesiya Film Festivalındakı premyerasından sonra 24,5 dəqiqəlik alqışla festival tarixinin rekoruna imza atıb.

Kulis.az xəbər verir ki, əsas müsabiqədə yer alan tək sənədli film olan 80 dəqiqəlik ekran işi İsrail hərbçiləri və kəşfiyyatçıları ilə müsahibələr əsasında Qəzzada mülki şəxslərin hədəf alınma sistemini işıqlandırır.

Film adını İsrail ordusunun hava zərbələri zamanı öləcəyi ehtimal edilən dinc sakinlər üçün işlətdiyi "Nezek Agavi" ("dolayı zərər") qısaltmasından götürüb.

Oskar mükafatlı Ceyms Vilson və Conatan Qleyzerin prodüserliyi ilə ərsəyə gələn film "Qızıl şir" mükafatının ən güclü namizədlərindən biri hesab olunur.

# 89 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər