Qafar Rüstəmovun "Mücahidlər" romanının imza günü olacaq

Qafar Rüstəmovun "Mücahidlər"  romanının imza günü olacaq
10 fevral 2024
# 14:09

18 fevral saat 18:00-da yazıçı Qafar Rüstəmovun "Mücahidlər" romanının imza günü olacaq.

Kulis.az xəbər verir ki, "Mücahidlər" müəllifin debüt romanıdır.

Əsər dini inancları uğrunda Suriyaya köç edən və orada müxtəlif çətinliklərlə üz-üzə qalan ailədən bəhs edir. Əsərdə həm də orta əsrlərdə yazılmış əlyazmanın axtarışı başqa bir xətt kimi inkişaf edir. Sarmaşıq kimi bir-birinə dolanmış talelər, ağrılar və sevgi macəraları...

Ünvan: Salaam Cinema, Süleyman Rüstəm küçəsi 10.

# 710 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #