Bir vaxtlar tərk edilən labrador cinsli ləqəbi "Dali" olan it indi yaralı küçə heyvanları üçün rəsm çəkərək vəsait toplayır.
Kulis.az xəbər verir ki, 45 günlük olarkən tərk edilən Dali indi istedadlı “rəssam” kimi insanların qəlbini fəth edir. Adını məşhur ispan sürrealist rəssam Salvador Dalidən alan it, ağzında fırça tutaraq çəkdiyi rəsm əsərləri vasitəsilə küçə itlərinin xilasına dəstək olur.
Qeyd edək ki, Dali həm yaralı itlər üçün vəsait yığır, həm də insanların heyvanlara olan diqqətini artırır. Onun qeyri-adi bacarığı sosial mediada geniş maraq doğurub və bir çox könüllü təşkilatların diqqətini çəkib.