Üzeyir bəylə eyni ildə, eyni gündə doğulan bacanağı – Baba Müslüm haqda bilmədiklərimiz

Üzeyir bəylə eyni ildə, eyni gündə doğulan bacanağı – Baba Müslüm haqda bilmədiklərimiz
28 iyul 2023
# 21:00

Bu gün görkəmli Azərbaycan bəstəkarı, drijor Müslüm Maqomayevin anım günüdür.

Kulis.az bu münasibətlə sənətkar haqqında maraqlı faktları təqdim edir.

Atası Qax rayonunun İlisu kəndindəndən olan Müslüm Maqomayev 1885-ci ildə Qroznı şəhərində dəmirçi Məhəmmədin ailəsində dünyaya göz açıb.

Gallery

Əsl adı Əbdülmüslüm Maqomayevdir.

***

Məşhur opera müğənnisi Hənəfi Terequlovun bacısı ilə ailə qurub. Onların bu evliliyindən Cəmaləddin və Məhəmməd adında iki oğlu dünyaya gəlib.

Gallery

Böyük oğlu Cəmaləddin Maqomayev Azərbaycan SSR Nazirlər Sovetinin sədrinin müavini, Azərbaycan KP Bakı vilayət komitəsinin ikinci katibi olub.

1953-1957-ci illərdə Azərbaycan SSR sənaye naziri vəzifəsində çalışıb.

***

Rəssam olan oğlu Məhəmməd Maqomayev (müğənni Müslüm Maqomayevin atası) İkinci Dünya müharibəsi zamanı cəbhəyə yollanıb, 1945-ci ildə Berlin yaxınlığında qəhrəmancasına həlak olub.

Gallery

Xalq artisti Hökümə Qurbanovanın dayısıdır.

***

1932-ci ildə Koroğlu dastanı əsasında opera yazmağa başlasa da, Üzeyir Hacıbəyovun eyni mövzuda əsər yazdığını öyrəndikdən sonra dostunun daha yaxşı bir opera yazacağını düşünərək, yazdığını cırıb atıb.

***

Azərbaycan musiqisində Avropa stilində yazılmış ilk operanın - “Nərgiz”in müəllifidir.

***

1935-cı ildə “Nərgiz” operasını yazmağa başlayan Müslüm Maqomayev ağır xəstəliyə görə işləri başa çatdıra bilməyib. 1937-ci ildə müəllif vəfat etdikdən sonra əsər üzərində işlər tanınmış sovet bəstəkarı R.M.Qlierə tapşırılır.

***

Bəstəkar Üzeyir Hacıbəyovla eyni ildə və eyni gündə anadan olub.

Bundan başqa Tanrı bu iki sənətkara sanki eyni, qismən oxşar tale bəxş edib.

Onlar yalnız sənətdə deyil, həyatda da çox yaxın olublar. Belə ki, ikisi də eyni ailə ilə qohum olub.

Hər ikisi ilə yaxın dostluq edən Əli Terequlovun bacıları ilə - Məleykə xanımla Üzeyir bəy, Badigülcəmal xanımla Müslüm Maqomayev ailə qurub.

Gallery

Sabunçuda müəllim işləyərkən qaynı Hənəfi Terequlov ara-sıra şeirlər yazan, Mikayıl Müşviqin atası Mirzə Qədirin opera yazmaq həvəsindən Müslümə söhbət açıb.

Terequlovun onları tanış etməsi “Şah İsmayıl” operasının bünövrəsini qoyub.

***

Üzeyir Hacıbəyovun muğam operası ənənəsini davam etdirərək yazdığı “Şah İsmayıl” operasının səhnə taleyi çox da asan olmur.

Tamaşanın ilk təqdimat günündə rejissor Hüseyn Ərəblinski öldürülür.

İkinci təqdimatda isə Tağıyev teatrı yandırılır. Bu iki hadisəyə görə tamaşanın nümayişi təxirə salınır.

Gallery

M.Maqomayev bu gün də hər səhər radio dalğalarında səslənən “Radio marşı”nın müəllifidir.

***

O, Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "1905-ci ildə" tamaşalarına musiqi bəstələyib.

Üzeyir Hacıbəyli ilə birgə "Azərbaycan türk el nəğmələri" məcmuəsini tərtib edib, 300-dən artıq Azərbaycan xalq mahnısı və rəqslərini nota alıb.

Gallery

Onun ən böyük arzularından biri böyük şairimiz Hüseyn Cavidin "İblis" faciəsinə opera yazmaq idi.

***

Müslüm Maqomayev 1937-ci ildə 52 yaşında Nalçikdə uzun sürən xəstəlikdən sonra vəfat edib.

Gallery

# 11483 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #