Oyuncaq tövlə 1 milyona satıldı

Oyuncaq tövlə

Oyuncaq tövlə

28 yanvar 2022
# 16:00

Britaniyalı rəssam Benksinin “oyuncaq tövləsi” İngiltərədə 1 milyon funt sterlinqə (1,34 milyon dollar) satılıb.

Kulis.az xəbər verir ki, bu barədə “Anderson and Garland” hərrac evi məlumat yayıb.

Məlumatda bildirilib ki, “oyuncaq tövlə” maketi “Meriveylın kənd modeli” miniatür parkının sahibləri tərəfindən hərraca çıxarılıb. Onlar ötən il avqustun 6-da parkın miniatür tikililəri arasında eni və hündürlüyü 44 santimetr olan “tövlə” maketi tapıblar. Maketin üstündə sprey boya ilə “Ya hər şey, ya da heç nə” (Go Big or Go Home) sözləri yazılıb.

Bir neçə gün sonra küçə incəsənətinin kralı instaqram vasitəsilə İngiltərənin şərqində yerləşən Saffolk və Norfolk qraflıqlarının bir sıra kurort şəhərlərində peyda olan qrafiti və art-obyektlərin müəllifi olduğunu təsdiqləyib. Benksinin sözlərinə görə, “The Great British Aerosol Vacation” seriyasına daxil olan “oyuncaq tövlə” onun doqquz əsərindən biridir.

# 1486 dəfə oxunub

Müəllifin son yazıları

# # #