Ofeliya Sənani ilə görüş keçiriləcək

Ofeliya Sənani ilə görüş keçiriləcək
27 iyul 2023
# 11:20

Bu gün Ofeliya Sənani ilə gənclərin görüşü keçiriləcək

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində baş tutacaq görüşdə görkəmli diktor və televiziya aparıcısı maraqlı xatirələrini gənclərlə bölüşəcək.

Tədbir müddətində həmçinin “Azərbaycan televiziyasının və milli mətbuatımızın inkişafında Heydər Əliyev amili”, “Azərbaycan milli mətbuatında müasir publisistikanın inkişaf perspektivləri” və “Müasir televiziyanın günümüzdə nüfuzu və cəmiyyətə təsiri” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində gənc musiqiçilərin ifasında milli və xarici klassik musiqi əsərləri təqdim ediləcək.

# 789 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #