“Nobel” həftəsinin başlayacağı tarix məlum oldu

“Nobel” həftəsinin başlayacağı tarix məlum oldu
13 sentyabr 2024
# 11:18

Builki "Nobel" həftəsinin başlayacağı tarix dəqiqləşib.

Kulis.az xəbər verir ki, bu barədə mükafatın rəsmi saytında bildirilib.

Qeyd edilib ki, "Nobel" laureatları 7-14 oktyabr tarixlərində elan olunacaq.

Oktyabrın 7-i tibb, 8-i fizika, 9-u kimya, 10-u ədəbiyyat, 11-i sülh, 14-ü isə iqtisadiyyat üzrə “Nobel” mükafatı laureatları elan olunacaq.

Qeyd edək ki, laureatların elanı mükafatın rəsmi saytında və sosial media hesablarında canlı yayımlanacaq.

# 269 dəfə oxunub

Müəllifin son yazıları

# # #