Xurşidbanu Natəvanın Fransanın Evian-lö Bən şəhərindəki heykəli Parisə gətirilib.
Kulis.az xəbər verir ki, heykəl martın 4-də Evian şəhərindən götürülüb, bu gün Azərbaycan Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinə çatdırılıb.
Heykəlin Mədəniyyət Mərkəzinin bağında ucaldılması ilə bağlı işlər davam etdirilir.
- Əfsanəvi rokçunu Amerika kəşfiyyatı öldürübmüş-SENSASİYA
- Azərbaycan filmi Kann festivalında - İlk dəfə
- 18 yaşlı oğlunu qətlə yetirdilər, özünü isə boğub öldürdülər – Sərvətə görə həyatı kabusa çevrilən bəstəkarımız...
Heykəli götürərkən üzərindəki örtük açılıb. Müəyyən olunub ki, abidənin üzərinə qırmızı boya atılmaqla yanaşı - heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrə qırmızı boya çəkilib - onun özünə də zərər verilib. Belə ki, heykəlin burnu və barmaqları qırılıb.