Hamıdan üzr istəyib intihar etdi

Hamıdan üzr istəyib intihar etdi
21 iyun 2023
# 13:00

Əvvəllər özünü xərçəng xəstəsi kimi göstərən Cənubi Koreyalı 33 yaşlı müğənni Çoi Sunq-bonq intihar edib.

Kulis.az xəbər verir ki, bu barədə The Hollywood Reporter məlumat yayıb.

İfaçı öz mənzilində ölü tapılıb. O, ölümündən əvvəl “Axmaq səhvimə görə hamıdan səmimi qəlbdən üzr istəyirəm” sözlərini deyərək video çəkib və yutub kanalına yükləyib.

Çoi Sunq-bonq 2011-ci ildə "Koreyanın istedadları var" filmindəki təsirli performansı ilə "Koreyalı Paul Pots" kimi şöhrət qazanıb. Şöhrət qazanmazdan öncə Sunq-bonq fəhlə işləyirmiş.

2021-ci ildə müğənni dələduzluqda mühakimə olunub. O, xərçəng xəstəliyindən əziyyət çəkdiyini iddia edərək pul toplama kampaniyasına başlayıb. Ölümündən əvvəl dələduzluq yolu ilə yığdığı pulların hamısını geri qaytardığını deyib.

# 1738 dəfə oxunub

Müəllifin son yazıları

# # #