"Nağıllar aləminə səyahət" adlı tədbir keçirildi

"Nağıllar aləminə səyahət"  adlı tədbir keçirildi
31 may 2024
# 16:30

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində “Nağıllar aləminə səyahət” adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirin əsas məqsədi “Uşaq dünyası – nağıl aləmidir!” şüarı ilə uşaqlarda kitaba sevgi və maraq oyatmaqdır.

Görüşün aparıcısı Aysel Qəhrəmanlı uşaqlara İtalyan yazıçı Karlo Kollodinin “Pinokkio” nağılını oxuyaraq, onlarla interaktiv oyunlar təşkil edib. Uşaqların ifasında şeir, mahnı və rəqslər nümayiş olunub.

Sonda muzey uşaqlara kitablar hədiyyə edib.

# 474 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #