Moskvada Azərbaycan Mədəniyyəti Günü keçirilib

Moskvada Azərbaycan Mədəniyyəti Günü keçirilib
24 iyul 2024
# 08:55

“Moskvada yay. Hamı küçəyə” festivalı çərçivəsində Rusiya paytaxtının “Briqantina” parkında Azərbaycan Mədəniyyəti Günü keçirilib.

Kulis.az xəbər verir ki, gün ərzində Rusiya paytaxtının sakinləri və qonaqları incəsənət ustalarının çıxışlarına - milli rəqslər və musiqi nömrələrinə, Azərbaycana həsr olunmuş rəsm sərgisinə baxmaq imkanı əldə ediblər, həmçinin, Azərbaycan yeməkləri və şirniyyatlarının dadına baxıblar.

Qeyd edək ki, Moskva Linqvistik Universitetinin rəqs qrupu parlaq nömrələrlə səhnəyə çıxıb.

Rəna Qafarlı “Qavalla rəqs” və “Stəkanlarla rəqs”i ifa edib. Andrey Katkov, Aysel Məmmədova və Vasil Məmmədovun ifasında məşhur “Mavi əbədiyyət”, “Mənim şəhərim Bakı”, “Dünyanın ən yaxşı şəhəri”, “Zibeydə” mahnıları səsləndirilib.

# 631 dəfə oxunub

Müəllifin son yazıları

# # #