Monika Bellucci "Beetlejuice 2"də rol alacaq

Monika Bellucci "Beetlejuice 2"də rol alacaq
12 may 2023
# 17:00

İtalyan aktrisa Monika Bellucci Tim Burtonun qara fantaziya komediyası "Beetlejuice 2"nin aktyor heyətinə qoşulmaq üçün danışıqlar aparır.

Kulis.az xəbər verir ki, bu barədə The Hollywood Reporter məlumat yayıb.

Aktrisa sözügedən serialda Maykl Kitonun həyat yoldaşı - Beetlejuice-nin xəyalı rolunu ala bilər.

Qarşıdan gələn seriyanın süjeti haqqında hələ ki, məlumat yoxdur.

Ssenarinin isə "Çərşənbə" serialının yaradıcıları Alfred Gough və Miles Millar tərəfindən yazıldığı məlumdur.

Yeni sezonun buraxılışı 6 sentyabr 2024-cü il tarixinə planlaşdırılır.

Qeyd edək ki, birinci hissənin süjeti avtomobil qəzasında həlak olan Adam və Barbara Meytlenddən bəhs edirdi. Ölümdən sonra, mülk iş adamı Çarlz Ditsə satılana qədər qəhrəmanlar öz evlərində dinc şəkildə yaşamağa davam edirlər. Sahibkar həyat yoldaşı Delia və qızı Lidiya ilə yeni evə köçür. Meytlendlər yeni sahiblərindən qurtulmaq istəyirlər və xəyal "bio-ekzorkist" Beetlejuice-dən kömək istəməyə qərar verirlər.

# 720 dəfə oxunub

Müəllifin son yazıları

# # #