MİGEL məhkəmədə adını uduzdu

MİGEL məhkəmədə adını uduzdu
14 avqust 2024
# 16:10

Migel təxəllüsü ilə tanınan rejissor və xoreoqraf Sergey Şesteperov məhkəmədə adını uduzub.

Kulis.az xəbər verir ki, məhkəmə işi onunla Pyatiqorsk şəhərindəki yun fabrikinin sahibi biznesmen Mqer Gəncumyan arasında gedirdi.

Məhkəmə işi MİGEL brendinin adına görə açılmışdı. Migel 2023-cü ildə MİGEL brendini patentləşdirmək üçün müraciət edəndə, o brendin artıq istifadə olunduğu meydana çıxmışdı. Gəncumyan bu adla brend mağazasını 2012-ci ildə açmışdı.

Bir ilə yaxın çəkən məhkəmə prosesi Migelin məğlubiyyəti ilə yekunlaşıb.

# 466 dəfə oxunub

Müəllifin son yazıları

# # #