Məşhur rejissor vəfat etdi

Marvin Çomski, rejissor

Marvin Çomski, rejissor

30 mart 2022
# 13:40

Amerikalı kinorejissor, prodüser Marvin Çomski 92 yaşında vəfat edib.

Kulis.az xarici mətbuata istinadla xəbər verir ki, rejissor Santa Monikadakı hospisdə dünyasını dəyişib. Onun ölümünü oğlu, eyni zamanda kinoprodüser Peter Çomski elan edib. Onun hansı səbəbdən öldüyü açıqlanmayıb.

Qeyd edək ki, Marvin 1978-ci ildə "Holokost" serialı, "Attica" televiziya filmi, "Üçüncü Reyxin daxilində" filmi və "Böyük Pyotr" miniserialındakı işinə görə Emmi mükafatları alıb.

O, həmçinin məşhur "Ulduz yolu" serialının da rejissordur.

# 1206 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #