Məşhur İran şairi vəfat etdi

Məşhur İran şairi vəfat etdi
11 avqust 2022
# 13:35

İranlı şair və araşdırmaçı Əmir Huşəng İbtihac 94 yaşında dünyasını dəyişib.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə şairin qızı Yelda öz İnstaqram səhifəsində məlumat verib. O, bildirib ki, Almaniyadakı xəstəxanaların birində müalicə alan şair böyrək çatışmazlığından vəfat edib.

Əmir Huşəng İbtihac 1928-ci ildə İranın şimalındakı Rəşt şəhərində anadan olub. Uşaqlığını Rəştdə keçirib, orta məktəb illərində Tehrana gəlib. İbtihac kiçik yaşlarından şeir oxumağa başlayıb və musiqi ilə tanış olub.

Çağdaş fars ədəbiyyatının sütunlarından biri hesab olunan İhtibas Saye təxəllüsü ilə daha çox qəzəl janrında əsərlər yazıb.

# 1054 dəfə oxunub

Müəllifin son yazıları

# # #