Məşhur amerikalı sənədli film rejissoru Rejinald Trembley Krıma köçdükdən sonra pravoslavlığı qəbul etdiyini açıqlayıb.
Kulis.az xəbər verir ki, o, 2020-ci ildən Yaltada yaşayır və 2025-ci ildə Rusiyada yaşayış icazəsi alıb.
Trembley rus qadını ilə evləndiyini, Rusiyanı və onun mədəni-mənəvi dəyərlərini sevdiyini bildirib.
Rejissor yaxın zamanda Rusiya vətəndaşlığı almaq üçün prezidentə müraciət etməyi planlaşdırır. Hazırda o, amerikalılar üçün maarifləndirici video və podkast layihələri üzərində çalışır.