Tanınmış aktyor Brüs Uillis karyerasını sonlandırdığını açıqlayıb.
Kulis.az lenta.ru-ya istinadla xəbər verir ki, buna səbəb aktyorun afaziya xəstələyindən əziyyət çəkməsidir.
Son vaxtlar çəkildiyi səhnələrdə replikaları unutduğu, qulaqlıqdan istifadə etdiyi bildirilirdi. Özünü bildirdiyinə görə, onun yenidən kinoya qayıtma şansı azdır.