Məşhur komediya ustası Betti Uaytın şəxsi əşyaları sentyabr ayında hərraca çıxarılacaq.
Kulis.az sozcu.com-a istinadən xəbər verir ki, “Qızıl qızlar” serialıyla məşhurlaşmış və 99 yaşında vəfat edən Betti Uaytın şəxsi əşyaları auksiona çıxacaq.
Qeyd edək ki, bütün kolleksiyanın dəyəri 1-2 milyon dollar aralığındadır. Auksion 23-25 sentyabr tarixlərində Beverly Hillsdə baş tutacaq.