“Məhəmməd Peyğəmbərin həyatı” kitabı nəşr olunub

“Məhəmməd Peyğəmbərin həyatı”  kitabı nəşr olunub
14 oktyabr 2024
# 18:40

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Tərcümə Agentliyi görkəmli rus yazıçısı Vera Panova və oğlu akademik Yuri Vaxtinin həmmüəllifliyi ilə qələmə alınmış “Məhəmməd Peyğəmbərin həyatı” kitabını nəşr edib.

Kulis.az xəbər verir ki, əsərin rus dilindən tərcümə müəllifi tanınmış alim, filologiya elmləri doktoru, professor Vilayət Quliyev, redaktoru Mahir N.Qarayevdir.

Peyğəmbərin həyatı, şəxsiyyəti, eləcə də bəşəriyyətin sonuncu səmavi dini sayılan İslamın yaranması və yayılması haqqında müfəssəl, təfərrüatlı tarixi bilgilər əsasında ərsəyə gətirilmiş kitaba “Ərəb adası”, “Məkkə”, “Peyğəmbərin uşaqlıq illəri”, “İlk vəhy”, “Təqiblər”, “Ağır illər”, “Hicrət”, “Müharibə” kimi iyirmi beş adda fəsil daxil edilib.

# 137 dəfə oxunub

Müəllifin son yazıları

# # #