Latın Amerika Musiqi Akademiyası 27-ci "Latın Qremmi” mükafatının namizədlər siyahısını açıqlayıb.
Kulis.az xəbər verir ki, meksikalı bəstəkar Edqar Barrera 10 nominasiya ilə siyahıya liderlik edir.
Rozaliya, Karol G və Xorxe Drexler kimi ulduzlar isə hərəyə 7 nominasiya qazanıblar.
"İlin albomu" uğrunda Anitta, Rosalía və Karol G kimi ifaçıların işləri mübarizə aparacaq.
Qeyd edək ki, qaliblərin adları noyabrın 12-də Las-Veqasdakı "MGM Grand Garden Arena"da keçiriləcək təntənəli mərasimdə elan ediləcək.
Media
-
Ana səhifə
- Media