"Onunla dostluq anlayana başucalığı gətirər" - Kamal Abdulla

"Onunla dostluq anlayana başucalığı gətirər" - Kamal Abdulla
24 may 2025
# 18:04

Kulis.az Xalq yazıçısı Kamal Abdullanın alim Muxtar Kazımoğlunun 70 illiyi münasibətilə yazdığı təbrik yazısını təqdim edir.

Muxtar Kazımoğlunun 70 yaşı tamam olur. Bir-iki söz demək istəyirəm.

Ədəbiyyat nəzəriyyəsini, ədəbi tənqidi, ədəbiyyat tarixini, folkloru öz timsalında birləşdirənlər nadir elm fədailərindəndir ki, onların arasında Muxtar müəllim xüsusi yer tutur.

Bu son sözlər (xüsusi yer) gəlişi gözəl sözlər deyil. Çünki sadalanan keyfiyyətlərin hər birinə tədqiqatçı mədəniyyəti kimi çox vacib bir semantikanı da əlavə edə bilərik. Bu semantika onun elmi potensialının qızğın pərəstişkarlarının sayını xeyli artırır.

Muxtar vəfalı dostdur.

Muxtar dərindən dərin vətənsevər ve millətpərəstdir.

Muxtar gözəl bir ailə başçısıdır.

Muxtarla dostluq anlayana başucalığı gətirər.

Bu gun Azərbaycan filologiyasında, mədəniyyətində, təlim-tərbiyəsində Muxtar Kazımoğlu faktorunun (ölçüsünün) mövcudluğunu məsuliyyətlə qeyd etmək olar. Bu ölçünün göstəriciləri məsuliyyət, professionallıq, analitik təfəkkürün dərinliyi və genişliyi, səmimilik, insanlıq ve bu qəbildən olan digər amillərdir.

Başıuca, alnıaçıq dostum, Muxtar müəllim. Həmişə belə qal və saysız-hesabsız qədirbilən dostlarını varlığınla sevindir.

# 245 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #