Kralın qırmızı portreti müzakirələrə səbəb oldu

Kralın qırmızı portreti  müzakirələrə səbəb oldu
16 may 2024
# 12:00

Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimindən sonra ilk rəsmi portreti təqdim olunub.

Kulis.az xəbər verir ki, portretdə kralın əynində Uels qvardiyasının forması əks olunub.

Tabloda həm onun geyimi, həm də fon qırmızı rəngdə olub.

Çarlzın portreti britaniyalı rəssam Conatan Yeo tərəfindən çəkilib. Portretin təqdimatı Bukingem sarayında baş tutub.

Əsərin sosial mediadakı görüntüləri müzakirələrə səbəb olub. İzləyicilər əsərin həddindən artıq qırmızı olduğunu tənqid ediblər.

# 282 dəfə oxunub

Müəllifin son yazıları

# # #