Bu gün Almaniya filosofu, sosioloqu, musiqişünası Teodor Adornonun anım günüdür.
Kulis.az onun aforizmlərini təqdim edir.
Zəka bir əxlaq kateqoriyasıdır.
Səhv həyat doğru yaşanmaz.
Vasitələrlə məqsədlər yerini dəyişib.
Gözümüzdəki çöp ən yaxşı böyüdücü şüşədir.
Auşvitsdən sonra artıq şeir yazmaq olmaz.
Yalnız sevgiyə sığınacaq gücü olan yaşayır.
Gün işığı görən hər şey yox olmağa məhkumdur.
Cəmiyyətin məcbur etdiyi sədaqət bir əsarət vasitəsidir.
Mühakimənin gücü mənliyin ardıcıllığı ilə ölçülür.
Sənətin bugünkü vəzifəsi nizama xaos gətirməkdir.
Kömək edə bilməyənlərin məsləhət də verməməsi gərəkdir.
Həyat öz yoxluğunun ideologiyasına çevrilib.
Sağlamlıq? Səfeh olduqdan sonra sağlamlıq nəyə lazımdır?
Çox pis insanların ölə biləcəyini düşünmək çətindir.
Əgər həyatın bir mənası olsaydı, onda məna axtarılmazdı.
Yarımçıq anlaşılan mədəniyyət yarımçıq yaşanan həyatın düşmənidir.
Cinsi əxlaqın ilk və tək prinsipi: ittiham edən hər zaman təqsirkardır.
Çətinliklərlə yalnız onların gözünün içinə baxaraq mübarizə apara bilərik.
İnsan düşünməyə başladıqda artıq ətrafa kor-koranə hücum etmir.
Yalanların ayaqları uzundur: Öz zamanlarının önündə gedirlər.
Qeyri-azadlığın ortasında sənət azadlığa bənzər bir şeyi ifadə edir.
Düşüncəni sevməmək çox keçmədən düşünməyi bacarmamağa çevrilir.
Doğrunun yalan, yalanın da doğru kimi göründüyü bir dönəmdəyik indi.
Yaxşı niyyətlilər əxlaqi təəssübkeşlik naminə hərəkət edərkən məhv edənlərə çevrilirlər.
Yaxın keçmiş bizə hər zaman fəlakətlərdən qalan bir dağıntı kimi görünür.
Günümüzdə insanın öz evində ikən özünü evində hissetməməsi bir əxlaq problemidir.
Rəzalətin təcəssümü olan adam özünü ədalətsizliyin qurbanı kimi qələmə verir.
Uşağın başını və heyvanın belini laqeydcəsinə sığallamağın mənası budur: Bu əl məhv edə bilər.
Sənət daha əvvəl edilməmiş olanı istəyir, lakin sənətin daxil olduğu hər şey daha əvvəl edilmişdi.
Ənənəvi zooparklar XIX əsr müstəmləkəçi imperializminin məhsuludur.
Reallıq üçün keçərli olan xoşbəxtlik üçün də keçərlidir: İnsan ona sahib olmaz, onun içində olar.
Bu dünyada xoşbəxt olmağın tək yolu var: Başqalarını mümkün qədər xoşbəxt etməyə çalışmaq.
Orta əsrlərdə olduğu kimi, bu gün də krala həqiqəti deyə biləcək yeganə insan saray təlxəyidir.
Bu gün fərddəki həqiqi incəlik prinsipi, haqqında danışmağı həqiqətən rədd etdiyi şeydə gizlidir.
Kasıbların düşünməsinə mane olan şey başqalarının intizamıdır, varlılarınkı isə özlərininkidir.
Düşünmək insanın hər an həqiqətən düşünüb-düşünmədiyini yoxlamasından başqa bir şey deyildir.
İnsanların bir-biri ilə və əşyalarla münasibətlərinin artıq tamamilə mücərrədləşdiyi bir mühitdə mücərrədləşdirmə qabiliyyəti də silinib gedir.
Azadlıq heç vaxt hazır verilmir, hər zaman təhlükə altındadır. Mütləq müəyyənlik hər dəfəsində azadlıqdan məhrumluqdur.
Sağlam şüur yalnız ümidsizlikdə və kənar vəziyyətlərdə varlığını sürdürə bilər; obyektiv dəlilik qurbanı olmamaq üçün cəfəngiyat lazımdır.
Vicdan rahatlığı alicənablıq kimi təqdim olunur: Hər şeyi bağışlayan, çünki hər şeyi həddindən artıq yaxşı anlayan birinin alicənablığı.
Yalnız şikəst bir zehin öz intellektual mahiyyətini – yalanını – əzələlərinin yoğunluğu ilə sübut etmək üçün özündən nifrət etməyə ehtiyac duyar.
Uzun müddət evli olub da arada bir ərinin kiçik zəifliklərini eyhamla bildirərək onu bir az olsun özündən uzaqlaşdırmayan tək bir qadın belə yoxdur.
Cəmiyyət qadının təslimiyyətini bir qurban mərasimi olmaqdan çıxarıb azad edərkən, digər tərəfdən hər dəfəsində yenə onu eyni təcrübəyə məhkum edir.